Xəbər lenti

Payızda tətilə çıxa biləcəyiniz yerlər (FOTOLAR)
Dünya12:55 29.09.2017

Payızda tətilə çıxa biləcəyiniz yerlər (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yay boyu istirahət üçün heç yerə gedə bilməyənlər, üzülməyin! Həm kim deyir ki, tətil ancaq dəniz, qum və günəşdən ibarətdir. 

"Qaynarinfo"nun hazırladığı bu siyahı soyuğu sevənlər üçün əvəzolunmazdır:

1. Bozcaada

Bilənlər bilir, bilməyənlər üçün xatırladaq ki, Payız ən gözəl Bozcaadaya gəlir. Şərab, günəşin batışı və külək... Bütün bunları sizə Bozcadadan başqa heç bir yer xatırlatmayacaq.

2. Kapadokya

Payızda romantik tətilə çıxmaq üçün ən sərfəli yerdir. İlk təklif: hava şarı ilə şəhəri bir tur gəzin. Pəribacaları insanı həqiqətən də sehrləyir. 

3. Abant

Göl və meşənin vəhdətini bu qədər dərindən hiss edə biləcəyiniz başqa məkan yoxdur.

4. Trabzon 

Qara dənizə səyahət ən yaxşı payız tətillərindən biri hesab olunur. Sümela kilsəsini hələ görməyənlər üçün əla fürsətdir. Yağış və sərin hava sevənlərin əsl gedə biləcəkləri məkan.

5. Yedigöllər

Payızın bütün rənglərinin birləşdiyi məkan. Təbiəti yaxından hiss edə biləcəyiniz yer.

6. Kaz dağları

Yürüş etməyi sevənlər üçün ideal məkan. Çanaqqala və Balıkəsiri ziyarət edərkən Kaz dağlarına getməsəniz inciyər sizdən.

7. Mardin 

Özünə məxsus bir mədədniyyətə malikdir.  Yeməkləri, tarixi və insanları ilə  tanış olduğunuzda mədəniyyətlə indiyə kimi tanış olmamağınıza heyfiniz gələcək.

8. Safranbolu

Kənddə səhər yeməyi, köhnə evlər, tarixin ətri... Bu şirin əraziyə aşiq olacaqsınız. Özünüzü filmdəki kimi hiss edəcəksiniz. 

9. Ağva

Velosiped sürməyi sevənlər diqqətli olun. Elə indi müdirinizdən icazənizi alın və Ağvaya gedin. Şəhərdən çox uzaqlaşmadan, təbiəti kəşf edin.

10. Trilye 

Mudanyanın ən şirin sahil qəsəbəsi. Kənd havası və tarixin ətri sizi rahatladacaq. Vaxt itirməyin.

Lalə Niftaliyeva

Qaynarinfo.Az