Xəbər lenti

Pedofili əfv edən ölkə prezidenti istefa verdi
Dünya17:08 10.02.2024

Pedofili əfv edən ölkə prezidenti istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Macarıstan prezidenti Katalin Novak istefa verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd edilir ki, Macarıstan prezidenti pedofiliya cinayətində əli olan şəxsin əfv olunması ilə bağlı qalmaqal fonunda istefa verdiyini açıqlayıb.
"Mən səhv etdim", deuə Novak Milli Televiziyada çıxışında deyib.
O qeyd edib ki, fevralın 10-u onun prezident kimi son günüdür.
Macarıstanın bütün müxalifət partiyaları Novakın istefasını tələb ediblər.