
ABŞ-ın Filadelfiya şəhəri yaxınlığında sərnişin qatarı ekskavatorla toqquşub.
Qəza nəticəsində iki nəfər ölüb.
Qatar Nyu-Yorkdan Corciya ştatının Savanna şəhərinə gedirmiş. Qatarda 348 nəfər olub. Lokomotiv relslərdən çıxıb.
Xilasetmə xidmətləri hadisə yerindədir. Bir neçə nəfərin yaralandığı bildirilir.
Nyu-York və Filadelfiya arasında dəmiryol əlaqəsi dayandırılıb. (qaynar.info)
Qaynar.info