ABŞ Müdafiə Nazirliyi Amerikanın "Lockheed Martin” şirkəti ilə üç il ərzində təxminən 375 ədəd F-35 qırıcısı almaq üçün razılığa gəlib.
Qaynarinfo bu barədə "Jpost"-a istinadən xəbər
verir.
İlk F-35 təyyarəsi 2007-ci ildə istehsal edilib və indi bu gizli qırıcının istehsal sayı və texniki qabiliyyətləri artıb.
Həmçinin onun qiymətini 79 milyon dollara endirməklə alıcılar üçün cəlbediciliyi və əlçatanlığı təmin edilib.
Xatırladaq ki, Lockheed Martin Korporasiyası təyyarə istehsalı, aerokosmik mühəndislik, gəmiqayırma, poçt xidmətlərinin avtomatlaşdırılması və hava limanlarının infrastrukturu və logistikasında ixtisaslaşmış Amerika hərbi-sənaye korporasiyasıdır. 1995-ci ildə Lockheed və Martin Marietta korporasiyalarının birləşməsi nəticəsində yaranıb. Baş ofisi ABŞ-ın Merilend ştatının Bethesda şəhərində yerləşir.
Şirkət ABŞ federal hökumətinin strukturları ilə bağlanmış müqavilələrin həcminə görə uzun müddətdir ki, dünyanın ən böyük silah və hərbi texnika (atıcı silah və zirehli texnikadan peyk sistemlərinə, qitələrarası raketlərə və yerüstü gəmilərə qədər) istehsalçısıdır.
M.Arif