Xəbər lenti

Pentaqon Putini belə izləyir - Bayron Taun
Dünya 09:53 28.02.2024

Pentaqon Putini belə izləyir - Bayron Taun

ABŞ hərbçiləri və xüsusi xidmət orqanları Vladimir Putinin ətrafında olanların telefonlarının məlumatlarından istifadə edərək onun hərəkətlərini izləyə bilirlər. 

Qaynarinfo xəbər verir ki, bu barədə amerikalı jurnalist Bayron Taunun "Nəzarət vasitəsi: texnologiya və hökumətin gizli alyansı yeni Amerika nəzarət dövlətini necə yaradır" kitabının "Wired” jurnalı tərəfindən nəşr olunan hissədən məlum olub.

Taunun kitabında ABŞ-da mobil telefonun məlumatlarından istifadə edərək, dünyada demək olar ki, istənilən insanın hərəkətini izləməyə imkan verən proqramın necə yaradıldığı izah edilir. Proqram yaradıcıları bu məlumatlara reklamçıların öz reklamlarını hədəfləyərkən istifadə etdikləri eyni məlumatlardan istifadə edərək əldə ediblər.

Bu məlumatda hər bir smartfona təyin edilmiş "anonim" reklam identifikatoru var. Bu identifikatorlar bütün dünyada smartfon istifadəçilərinin hərəkətlərini izləmək üçün istifadə edilə bilər.

2019-cu ildə karyerasının böyük hissəsini hökumət layihələrində əməkdaşlıqla keçirən İT məsləhətçisi Mayk Iqli (Mike Yeagley) Vaşinqtonda xüsusi xidmət orqanları üçün bir neçə təqdimat keçirib və burada o, smartfonların yaratdığı təhlükəni nümayiş etdirmək üçün LGBTQ insanlar üçün Grindr tanışlıq xidmətinin nümunəsindən istifadə edib. Məlum olub ki, Grindr-in istifadəçi haqqında topladığı geoməlumatlar Pentaqon, FTB və digər kəşfiyyat orqanlarının əməkdaşlarını asanlıqla müəyyən edə bilir. Və sonra bu əməkdaşların işdən sonra nə etdiklərini izləmək olur. 
Eyni məlumatı nəinki təkcə Grindr vasitəsilə əldə etmək olar. Digər tətbiqlər də telefonun sahibi haqqında çoxlu məlumat toplayır - IP ünvanı, onun işlədiyi əməliyyat sisteminin versiyası, telekommunikasiya operatoru haqqında məlumatlar, eləcə də telefonun parametrləri haqqında bir sıra texniki məlumatlar və telefonun dəqiq GPS koordinatları.

Həmin zaman İqlinin işlədiyi PlanetRisk şirkəti məlumat toplama üsulunu inkişaf etdirməyə kömək etdi. O, elektron kəşfiyyat və açıq mənbə kəşfiyyatının (OSINT) prinsiplərini birləşdirir. Məlumatların təhlilinin yeni metodu "Lokomotiv” adlı proqramda ("lokasiya” və "motiv” iki sözündən yaranıb) tətbiq edilib.

"Bu proqramın imkanları məni sarsıtmaya bilməzdi. Onun köməyi ilə tərtibatçılar ABŞ xüsusi xidmət orqanlarının Suriyada İŞİD-ə qarşı əməliyyatını demək olar ki, real vaxt rejimində izləyə biliblər. PlanetRisk əvvəllər Şimali Karolina və Floridadakı hərbi bazalarda olan telefonların Suriyanın Kobani şəhəri yaxınlığındakı tərk edilmiş sement zavoduna köçürüldüyünü "gördü”. Aylar sonra ABŞ hökuməti obyektin İŞİD-ə qarşı kampaniyada iştirak edən personal üçün aparıcı əməliyyat bazası olduğunu etiraf etdi”, - kitabda deyilir. 

Eyni proqramdan istifadə edərək dünya liderlərini izləmək mümkün olub. PlanetRisk Rusiya haqqında məlumat toplusunu alandan sonra şirkət əməkdaşları Putinin ətrafındakıların telefonlarını izləməyi öyrəndilər. Nəticədə, PlanetRisk Putinin hara getdiyini və yaxınlıqda kimin olduğunu bilirdi. Görünür ki, cihazlar sürücülərə, təhlükəsizlik işçilərinə, köməkçilərə və Rusiya prezidentini əhatə edən digər yardımçı heyətə məxsusdur.  

"Lokomotiv” sonradan VISR (virtual intellekt, müşahidə və kəşfiyyat) adlandırıldı. O, ABŞ xüsusi xidmət orqanlarının geniş istifadə etdiyi proqramın bir hissəsi oldu.

Oxşar alətlər İsrailin Insanet, Patternz və Rayzone şirkətləri tərəfindən hazırlanıb. Onlar belə proqlamları dünya üzrə xüsusi xidmət orqanlarına satırlar.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->