Xəbər lenti

Pentaqon rəhbəri ilə Umerov arasında son 10 gündə 3 telefon danışığı
Dünya 12:14 24.08.2024

Pentaqon rəhbəri ilə Umerov arasında son 10 gündə 3 telefon danışığı

ABŞ müdafiə naziri Lloyd Ostin və Ukraynanın müdafiə naziri Rustem Umerov son 10 gündə üçüncü dəfə telefonla danışıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə rəsmi açıqlamalardan məlum olub.

Umerov avqustun 23-də axşam saatlarında yazıb ki, Ostin ilə "həftəlik” söhbət edib, orada döyüş meydanındakı mövcud vəziyyət, Ukraynanın hazırkı ehtiyacları və yaxın gələcək üçün planlar barədə danışılıb.

"Əsas mövzulardan biri Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun sentyabrda keçiriləcək növbəti iclasına hazırlıq olub, mən ABŞ-a Ukraynaya göstərdiyi daimi və güclü dəstəyə görə minnətdarlığımı bildirdim”, - deyə Ukraynanın müdafiə naziri bildirib.

Pentaqonun kommünikesində həmçinin bildirilib ki, söhbət Ukraynanın davam edən əməliyyatları və prioritet silah ehtiyaclarından gedir.

"Müdafiə naziri Ostin avqustun 24-də Müstəqillik Gününü qeyd edən Ukrayna xalqını təbrik edib və ABŞ-ın Rusiyanın təcavüzünə qarşı müqavimət göstərməkdə Ukraynaya dəstəyini davam etdirəcəyini bir daha təsdiqləyib. Ostin həmçinin ABŞ-ın yardımının təhlükəsizliyi, o cümlədən 125 milyon dollarlıq yardım haqqında ətraflı məlumat verib. 

Lloyd Ostin və Rustem Umerov arasında əvvəlki söhbət avqustun 19-da, sonuncu dəfə isə avqustun 14-də baş tutub.

Xatırladaq ki, bu həftə Ramşteyn formatı kimi tanınan Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun 24-cü iclasının sentyabrın 6-da ABŞ Silahlı Qüvvələrinin Almaniyadakı eyniadlı aviabazasında keçiriləcəyi açıqlanmışdı.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->