Xəbər lenti

Pentaqon Rusiyanın cinayətlərinin Haaqa məhkəməsinə ötürülməsinə mane olur - NYT
Dünya06:20 09.03.2023

Pentaqon Rusiyanın cinayətlərinin Haaqa məhkəməsinə ötürülməsinə mane olur - NYT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pentaqon Bayden administrasiyasına Rusiyanın Ukraynadakı hərbi cinayətlərinə dair sübutların Haaqa məhkəməsinə ötürülməsinə mane olur.
Bu barədə Qaynarinfo "The New York Times"a istinadən xəbər verir.
ABŞ hərbi liderləri məhkəməyə rusiyalılara qarşı araşdırmalarda yardım etməyə qarşıdırlar, çünki onlar məhkəmənin amerikalıları məsuliyyətə cəlb etməsinə kömək edə biləcək presedent yaratmaqdan qorxurlar. Rəsmilərin sözlərinə görə, digər qurumlar, o cümlədən xüsusi xidmət orqanları, Dövlət Departamenti və Ədliyyə Nazirliyi dəlillərin məhkəməyə verilməsinin tərəfdarıdır. Qeyd olunur ki, prezident Bayden hələ də çıxılmaz vəziyyətdən çıxış yolu tapmayıb.
Söhbət Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xanın bir il əvvəl Rusiyanın Ukraynaya müdaxiləsindən sonra başlatdığı istintaqdan gedir. Məlumatda Rusiya rəsmilərinin qəsdən mülki infrastruktura zərbələr endirmək və minlərlə ukraynalı uşağı işğal olunmuş ərazilərdən qaçırmaq qərarına dair materiallar var.
Dekabr ayında ABŞ Konqresi ABŞ-ın məhkəmə yardımına dair uzun müddətdir mövcud olan hüquqi məhdudiyyətləri dəyişdirərək, ölkəyə Ukraynadakı müharibə ilə bağlı təhqiqatlara və mümkün mühakimələrə kömək etməyə icazə verib. Lakin Bayden administrasiyasının daxilində, bağlı qapılar arxasında, bunun edib-edilməməsi ilə bağlı siyasi müzakirələr davam edir.
"Milli Təhlükəsizlik Şurası mübahisəni həll etmək üçün fevralın 3-də Nazirlər Kabineti səviyyəsində "əsas komitə” iclasını çağırıb, lakin müdafiə naziri Lloyd Ostin buna etiraz etməyə davam edir”, - məqalədə deyilir.
Milli təhlükəsizlik şurasının sözçüsü Edrian Uotson bildirib ki, ABŞ hökuməti Ukrayna prokurorluğu, BMT və Beynəlxalq cinayət məhkəməsi və digər qurumlar da daxil olmaqla Rusiyanın hərbi cinayətlərinə görə məsuliyyət daşıyanların müəyyən edilməsi və mühakimə olunması üçün bir sıra araşdırmalara dəstək verir.
Nizami Bağırov