Xəbər lenti

Dünya 21:46 07.09.2022

Pentaqon USQ-yə beş illik yardım planı hazırlayır – SNN

ABŞ Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya qarşı müharibəsinin bitməsindən ən azı beş il sonra da daxil olmaqla, Ukrayna Silahlı Qüvvələrinə uzunmüddətli dəstək planı hazırlayır.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN nazirlikdəki üç mənbəyə istinadən məlumat yayıb.

Mənbələr bildiriblər ki, Pentaqon orta və uzunmüddətli perspektivdə Ukrayna ordusuna dəstək yollarını inkişaf etdirir.

Onların sözlərinə görə, bu səylərə Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli rəhbərlik edir. Dəstək ABŞ-ın artıq Ukraynaya köçürdüyü milyardlarla dollarlıq hərbi yardım hesabına maliyyələşdiriləcək.

Pentaqonun sözçüsü aydınlaşdırıb ki, proses ilkin mərhələdədir və "Ukrayna silahlı qüvvələrinin gələcəyinə” yönəlib. Mənbələr əlavə edib ki, analiz Ukrayna qüvvələri ilə birgə hazırlanır və yaxın bir-iki ay ərzində hazır olacaq.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->