Pentaqonun ötən ay rəsmi olaraq yayımladığı UNO görüntülərinin ardından hadisə ilə bağlı hesabatlar da paylaşılıb və görüntülərə dair yeni detallar ortaya çıxıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, 2014-cü ilə aid hadisədə vəzifəsini yerinə yetirən pilot hesabatda UNO-nun gümüşü rəngdə və çamadan böyüklüyündə göründüyünü deyir. 2013-cü ilin noyabrına aid hadisənin hesabatına görə isə digər bir pilot uçan naməlum obyektin təyyarəyə bənzədiyini, ölçülərinin təxminən 1 metr 50 santimetr böyüklüyündə olduğunu və ağ rəngdə göründüyünü bildirir.
Lakin hesabatı paylaşan rəsmilər obyektlərin dron ola biləcəyini də istisna etmədiklərini və hələlik bunu tam müəyyənləşdirə bilmədiklərini diqqətə çatdırıblar.
Camal