Xəbər lenti

Pentaqonun Ukraynanın Krımı alacağına şübhəylə yanaşması Kiyevi qəzəbləndirdi
Dünya 15:34 02.02.2023

Pentaqonun Ukraynanın Krımı alacağına şübhəylə yanaşması Kiyevi qəzəbləndirdi

Pentaqonun fikrincə, yaxın gələcəkdə Ukrayna ordusu çətin ki, Krımı ələ keçirsin, Ukrayna Silahlı Qüvvələri tezliklə bu cür hərəkətlər etmək imkanı əldə etməyəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” üç mənbəyə istinadən Pentaqonun dörd yüksək rütbəli məmurunun Nümayəndələr Palatasının üzvləri üçün keçirilən gizli brifinqdə belə bir fikir irəli sürdüklərini yazıb.

Nəşrin dördüncü həmsöhbəti brifinqin məzmununu "daha qeyri-müəyyən” adlandırıb, lakin qeyd edib ki, əsas tezis Ukraynanın belə bir əməliyyat zamanı qələbəsinin təmin olunmamasıdır.

Pentaqon məxfi brifinq və səsləndirilən fərziyyələrlə bağlı məlumatları rəsmi şərh etməkdən imtina edib. Eyni zamanda, nazirliyin sözçüsü Sabrina Sinq vurğulayıb ki, "Ukraynanın döyüşmək və suveren əraziləri qaytarmaq qabiliyyəti baxımından, onların möhtəşəm nəticələri <…> və döyüş meydanında daimi uyğunlaşma qabiliyyəti öz sözünü deyir”.

Politico qeyd edir ki, çıxış edənlər arasında Birləşmiş Qərargahın Əməliyyatlar Direktoru general-leytenant Duqlas Sims və Müdafiə Nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Laura Kuper də olub.

Eyni zamanda, qəzetin mənbəsinin sözlərinə görə, Ukrayna hökuməti Pentaqonun Ukrayna Silahlı Qüvvələrinin 1991-ci il sərhədlərinə hərbi yolla daxil ola biləcəyinə şübhələri səbəbindən "qəzəblənib”. Kiyevdən bildirilib ki, Amerika kəşfiyyatı Ukrayna Silahlı Qüvvələrinin imkanlarını qiymətləndirərkən əvvəllər də səhv etmişdi.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->