Tanınmış meyxanaçı Pərviz Bülbülənin səhhətində yaranan problemlərlə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
Sənətçinin meneceri Aqşin Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, yayılan görüntülər bir il əvvələ aiddir:
"Pərviz böyrəyindən əməliyyat olunmuşdu. İstənilən insan xəstələnəndə arıqlayır. Köhnə kadrlar indi niyə gündəmə gəlib? Pərviz Bülbülənin səhhətində hazırda heç bir problem yoxdur. O, ümumiyyətlə səhnəyə gəldiyi vaxtdan arıq olub və həmişə də formasını belə saxlamağa çalışıb. Şükürlər olsun, hər şey qaydasındadır”.
Aqşin Məmmədov sənətçinin pərəstişkarlarına da müraciət edib:
"Narahat olanlara demək istəyirəm ki, Pərviz son günlər çəki itirməyib, əksinə çəki alıb. Sadəcə, nə qədər çəki aldığını açıqlamaq istəmirəm”.
Qeyd edək ki, Pərviz Bülbülənin səhhətində problemlərin olması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Paylaşılan videokadrlarda sənətçinin əvvəlki görünüşü ilə müqayisədə xeyli çəki itirdiyi diqqət çəkirdi.
Bahar Rüstəmli
Şərhlər