
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Putin və Bayden arasında gələcək danışıqların bəzi təfərrüatlarını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Peskov prezidentlərin hələ ortaq şəkildə hər hansı bir sənəd imzalamağı planlaşdırmadığını bildirib.
Peskov böyük ehtimalla kiber təhlükəsizlik məsələlərinin Rusiya-ABŞ zirvəsində müzakirə ediləcəyini deyib. Eyni zamanda, Kremlin sözçüsü qeyd edib ki, ölkələr arasında bu sahədə əməkdaşlıq barədə danışmaq hələ tezdir.
Bundan əvvəl Peskov yaxınlaşan görüş barədə danışarkən heç bir tərəfin "gündəmi sterilizasiya etməyəcəyini" vurğulayıb.
Rusiya lideri ilə görüş ərəfəsində ABŞ prezidenti Co Bayden onunla insan hüquqlarına riayət mövzusunu müzakirə etmək istədiyini bildirib. Eyni zamanda Kreml prezidentlərin ilk görüşünün "dərin fikir ayrılığı məsələlərində anlaşma səviyyəsinə çatacağına” imkan verəcəyini gözləmədiklərini qeyd edir.