Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya ilə danışıqların tərəfdarı olan ukraynalıların sayının artması Ukraynada "ayıq düşüncə axınının” açıq-aşkar qorunub saxlanmasından xəbər verir, çünki Moskva və Kiyev gələcəkdə ikitərəfli əlaqələr qurmalı olacaqlar.
Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, Peskov münasibətlərin "qonşu olduğumuz üçün qaçılmaz olduğunu” vurğulayıb və əlavə edib ki, Kreml "bu barədə əvvəllər də fikir
bildirib”.
Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Qərbi Ukraynada Rusiya ilə danışıqların tərəfdarı olan "daha çox” sakinlərin olduğunu bildirərək, bunu "çox təhlükəli tendensiya” adlandırmışdı.
Alpər