Xəbər lenti

Peskovun etirafı nəyə hesablanıb? (ŞƏRH)
Siyasət11:49 08.04.2022

Peskovun etirafı nəyə hesablanıb? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Ukraynada keçirilən xüsusi əməliyyat zamanı xeyli itki verib. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Britaniyanın "SkyNews” telekanalına müsahibəsində bildirib. "Biz xeyli qoşun itkisi verdik, bu, bizim üçün böyük faciədir ”, – deyə Kremlin sözçüsü fikrini tamamlayıb. 
Qeyd edək ki, Rusiya tərəfi rəsmi şəkildə Ukraynadakı müharibə dövründə itkilərinin sayının 1500-ə yaxın olduğunu iddia edir. Ukrayna isə Rusiyanın 16 mindən çox əsgərinin məhv edildiyini bildirib. Hər halda görünən odur ki, ilk dəfədir Rusiya rəsmi şəkildə Ukrayna cəbhəsində xeyli itki verdiyini etiraf edir.  Bu günə qədər isə Moskva həmin məsələ ilə bağlı danışmamağa üstünlük verirdi. 
Aydındır ki, döyüşlərin davam etməsi fonunda bu itkilər daha da artacaq. Rusiyanın bu etirafı nəyin göstəricisidir? Putinin mətbuat katibinin belə bir etirafı ilk növbədə döyüşlərin Rusiya ordusu üçün gözlədiklərinin əksinə olaraq, olduqca çətin keçdiyinin təsdiqi sayıla bilər. Deməli, Kremlin özü də dolayısı ilə bununla bataqlığa düşdüyünü boynuna alır. 
Digər tərəfdən, Peskovun etirafı Rusiya ordusunun hazırlıqsız, başıpozuq olduğunun, döyüş texnikalarının deyilənlərin əksinə olaraq, müasir standartlara cavab vermədiyinin göstəricisidir. Hazırlıqlı ordu heç zaman döyüşlərin getdiyi ay yarım ərzində bu qədər itki verməz. Maraqlıdır, Rusiya rəsmisi niyə belə bir etirafda bulunub?  Ukraynadan Rusiyaya gələn meyitlərin sayının artması fonunda ölkə daxilində müharibəyə qarşı çıxanların mövqeyinin güclənəcəyi də istisna deyil. Çoxsaylı qurbanlarla müşahidə olunan ağrılı hadisələr istər-istəməz müharibə əleyhdarlarının mövqeyini gücləndirir. Görünür, Kreml bu etirazların güclənməsinin qarşısını qabaqcadan almaq üçün sözügedən etirafda bulunmağa məcbur olub. 
Rüfət Sultan