Xəbər lenti

Putinin sözçüsünün həyat yoldaşı: "Ərim virusu Kremldən gətirdi"
Dünya10:54 13.05.2020

Putinin sözçüsünün həyat yoldaşı: "Ərim virusu Kremldən gətirdi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün yeni tip koronavirusa yoluxduğunu açıqlayan Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun həyat yoldaşı fikirləri qarışdıracaq formada açıqlama verib.
Qaynarinfo xəbər verir ki, bütün dünyanın gözünün Rusiya prezidenti Vladimir Putində olduğu vaxtda onun ən yaxın adamı Peskovun həyat yoldaşı Tatyana Navka ərinin Kremldə virusa yoluxduğunu bildirib. O, uşaqları ilə birgə evdə yaxşı qounduqlarını, bu səbəbdən həyat yoldaşının virusu Kremldən gətirdiyinə inandığını deyib.
Digər bir tərəfdən Peskov Rusiya prezidenti ilə uzun müddətdir internet üzərindən danışdıqlarını və bir aydan çoxdur təmasda olmadıqlarını bildiib.
Qeyd edək ki, ötən gün Peskovun xəstəxanaya yerləşdirilməsindən sonra ailəsi də karantin altına alınıb.
Camal