
Çempionat və avrokubok oyunları zamanı polislər tərəfindən əsassız şəkildə döyülən azarkeşlərin səbir kasasının daşaraq AFFA və PFL-ə müraciət edəcəyini xəbər vermişdik.
Qaynar.info bu məsələ ilə bağlı PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevin fikirlərini öyrənib.
Şahgəldiyev bunları deyib: "Açığı, bundan xəbərim yox idi. Ancaq problem yoxdur. Yazılı bizim elektron ünvana müraciət edilsə, Ramin müəllim (PFL prezidenti Ramin Musayevi nəzərdə tutur - red.) görüş təyin edə bilər. Ümumiyyətlə, Ramin müəllim bir neçə dəfə fanklub üzvlərini fərdi şəkildə qəbul edib, onların stadiona girə bilməsində yaranan problemlərin aradan qalxmasında köməyi dəyib. Ancaq polislərlə bağlı bizə müraciət olunmayıb. Düşünürəm ki, bu məsələ ilə bağlı klublara müraciət olunsa, daha yaxşı olar. Bununla belə, yazılı müraciət olunacağı halda, bu məsələ ilə bağlı əlimizdən gələn köməyi etməyə hazırıq".
Qaynar.info