Peşəkar Futbol Liqası yeni mövsümdən etibarən keçiriləcək Əvəzedicilər Liqasının loqosunu təqdim edib.
Qaynarinfo-nun məlumatına görə, loqo minimalist üslubda, çağdaş dövrün tələblərinə uyğun olaraq hazırlanıb.
Futbol meydançasının mərkəz çevrəsinin konturları əsasında ərsəyə gələn loqoda ümumi fonda liqanın adının ilk hərfi – Ə canlandırılıb. Qırmızı və yaşıl rənglərin vəhdəti isə əvəzetməni assosiasiya edir.
Məlumdur ki, meydançanı tərk edən futbolçuya işarə verən rəqəm əsasən qırmızı, daxil olana isə yaşıl rəngli göstərilir. Loqonun içində topun və torun simvolunu görə bilərik.
Səbuhi Həsənov