"Antarctic Science" jurnalında dərc edilən məlumata görə, dünyadakı pinqvinlərin sayı kəskin azalıb.
Qaynarinfo xəbər verir ki, Hind okeanının cənubunda yerləşən "Cochons" adasında yaşayan pinqvin kaloniyasında 1980-ci illərdə bəri 88% azalma müşahidə edilib. Əvvəllər adada 500 min pinqvin var idisə, hazırda bu rəqəm 60 minə bərabərdir.
Azalmanın səbəbi kimi iqlim dəyişikliyi göstərilir.
Gülşən