
Türkiyənin Van vilayətinin Çaldıran qəsəbəsində terror aktı törədilib.
Musavat.com NTV-yə istinadən xəbər verir ki, Çaldıran qəsəbəsi ilə Ağrının Doğubəyazid qəsəbəsi arasındakı Tendürək bölgəsində terrorçular maşınlara od vurublar. Hadisə yerinə hərbçilər cəlb edilib.
Amma yola əldəqayırma bomba yerləşdirən PKK-çılar zirehli maşın keçərkən partlayış törədiblər. Bunun ardınca zirehli maşınlar qumbaraatanlardan atəşə tutulub. Hadisə nəticəsində 4 əsgər şəhid olub, daha 4 əsgər isə yaralanıb.
Qaynarinfo.az