PKK terror təşkilatının dəstəkçiləri Beynəlxalq Əfv Təşkilatının (Amnesty International) Londonda yerləşən ofisinə basqın təşkil edib.
Qaynarinfo xəbər verir ki, 40 nəfərlik qrup zorla ofisə daxil olub. Hadisə zamanı təhlükəsizlik əməkdaşlarından biri xəsarət alıb. Polis etirazçıları müdaxilə ilə dağıdıb və bəzilərini həbs edib.
Qeyd edək ki, PKK tərəfdarları ötən həftə "TRT World"ün London binasına hücum etmişdi.
Gülşən