Xəbər lenti

PKK: “Təyyarələr başımızın üstünü alır”
Dünya17:13 22.05.2016

PKK: “Təyyarələr başımızın üstünü alır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

PKK terrorçularının yeni simsiz rabitə danışıqları üzə çıxıb.

Axar.az xəbər verir ki, terrorçular danışıqlar zamanı türk əsgərinin ərazini çox ciddi şəkildə nəzarətə götürdüyünü və çətin vəziyyətdə olduqlarını deyirlər.

Kod adları Rezzan və Aliser olan iki terrorçu arasında gedən söhbət zamanı türk qırıcılarının PKK-çılara göz açmağa imkan vermədiyi görünür:

“Bizə nəfəs almağa belə imkan vermirlər. Davamlı olaraq başımızın üstündədirlər. Burnumuzun ucunu görən kimi qırıcı təyyarələr başımızın üstünü alır. Artıq buraya daha çox əsgər cəlb ediblər. Bu bizim üçün böyük təhlükədir”.

Qaynarinfo.az