Xəbər lenti

Planetin ən yaşlı qadını dünyasını dəyişdi
Dünya15:00 04.09.2016

Planetin ən yaşlı qadını dünyasını dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çinin Siçuan vilayətinin Çendu şəhərində yaşayan dünyanın ən yaşlı sakini dünyasını dəyişib.
Publika.az-ın məlumatına görə, bu barədə “Sinxua” agentliyi xəbər yayıb. 120 yaşlı Fu Suçin planetin ən yaşlı qadını sayılırdı. Fu Suçinin 70 nəvəsi, nəticəsi və kötücəsi var.
O, 1897-ci ilin iyulunda dünyaya gəlib. Bu ilin iyulunda 119 yaşını qeyd edib. “Carry the Flag World Records” təşkilatı 2013-cü ildə Fu Suçini dünyanın ən yaşlı qadını elan edib. Lakin qəribədir ki, onun adı Ginnesin “Rekordlar” kitabına düşməyib. Fu Suçini bu kitabda Suzanna Muşat Cons əvəz edir. 1899-cu ildə dünyaya gəlmiş bu qadın 117 yaşında Nyu-Yorkda dünyasını dəyişib.
Qaynarinfo.Az