Dünya 11:45 25.09.2023

Polis İrəvanda 140-dan çox itaətsizlik iştirakçısını saxladı (VİDEO)

İrəvanda səhər tezdən etiraz aksiyaları başlayıb. Müxalifət saat 18:00-a mitinq planlaşdırır.

Qaynarinfo xəbər verir ki, DİN-in mətbuat xidmətindən Sputnik Ermənistan-a verilən məlumata görə, polis İrəvandakı itaətsizlik aksiyasının 142 iştirakçısını polis bölmələrinə aparıb.

Saxlanılanların hamısı Ermənistan Cinayət Məcəlləsinin 182-ci (hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama) maddəsi ilə polisə aparılıb.

Qeyd edək ki, sentyabrın 19-da İrəvanda hökumət əleyhinə etiraz aksiyaları keçirilir. Onların iştirakçıları Dağlıq Qarabağı təslim etməkdə ittiham edərək hakimiyyətin istefasını tələb edirlər.

Alpər