Xəbər lenti

Polis: "Azarkeşlər arasında toqquşmalar baş verir"
Dünya19:57 15.06.2016

Polis: "Azarkeşlər arasında toqquşmalar baş verir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransanın Lill şəhərində azarkeşlər arasında ara-sıra kiçik toqquşmalar baş verir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şəhər polisindən bildiriblər.

"Biz vəziyyətə nəzarət edirik. Əlavə məlumat veriləcək. Hazırda şəhərdə ingilis və rus azarkeşlərin iştirakı ilə ara-sıra kiçik toqquşmalar davam edir", məlumatda deyilir.

Bu gün Lilldə polis yolu bağlayan İngiltərə və Uels azarkeşlərinə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Xatırladaq ki, bu gün Lill şəhərində Avro-2016 çərçivəsində Rusiya və Slovakiya  yığma komandalarının görüşü olub. Sabah isə yaxınlıqdakı Lans şəhərində İngiltərə-Uels matçı baş tutacaq.

Qaynarinfo.az