Yaponiyada "Nindza" geyimində uzun müddətdir oğurluq edən şəxs tutulub.
"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 8 ildir aparılan əməliyyat zamanı ələ keçirilən oğrunun yaşı hamını təəccübləndirib. Belə ki, "Heysey Nindzası" ləqəbli oğrunun 74 yaşı olduğu üzə çıxıb.
Qoca oğru 250-dən artıq evi soymaqda və təxminən 500 min manat dəyərində oğurluqda ittiham edilir.
Polisin keçirdiyi əməliyyat zamanı onun normal yaşlılar kimi həyat sürdüyü, lakin qaranlıq düşdükdən sonra bir binaya gedərək orada "Nindza" geyimini geyib oğurluğa getdiyi məlum olub.
74 yaşı olmasına baxmayaraq fiziki cəhətdən güclü olduğu, hətta divarlarda belə qaçmağı bacardığı bildirilib.
O, mətbuata açıqlamasında bunları deyib: "Əgər gənc olsaydım, heç vaxt tutulmazdım. Artıq 74 yaşım var və bu işlərlərdən əl çəkməyin vaxtı çatıb".
Qaynarinfo.Az