
ANS PRESS-in "Cihan" agentliyinə istinadən verdiyi xəbərə görə, Helmand vilayətinin Hanşin qəsəbəsində baş verən atışmada 3 polis əməkdaşı ölüb, 7 polis əməkdaşı da yaralanıb.
Yaralanan polislərin xəstəxanaya çatdırıldığı, hadisə ilə bağlı istintaq əməliyyatına başlandığı bildirilir.
Bu arada, Helmand vilayətində həyata keçirilən hərbi əməliyyatlar zamanı 27 Taliban yaraqlısı öldürülüb. Bölgədə təhlükəsizliyi qotumaq üçün həyata keçirilən əməliyyatların artıq iki gündür davam etdiyi qeyd olunur.
Qaynar.info