Xəbər lenti

"Politico": ABŞ məxfi sənərlədin sızmasından sonra müttəfiqləri “sakitləşdirməyə” çalışır
Dünya08:05 11.04.2023

"Politico": ABŞ məxfi sənərlədin sızmasından sonra müttəfiqləri “sakitləşdirməyə” çalışır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın yüksək vəzifəli məmurları ABŞ kəşfiyyat orqanlarının məxfi məlumatlarının sızmasından sonra Avropadan Yaxın Şərqə qədər olan "məyus və çaşqın" müttəfiqlərini sakitləşdirməyə çalışırlar. 
Qaynarinfo xəbər verir ki, bunu "Politico" mövzuyla tanış insanlara istinadən yazır.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, həm Dövlət Departamentinin əməkdaşları, həm də kəşfiyyat və Pentaqonun nümayəndələri sızma ilə bağlı mümkün qorxuları dağıtmağa çalışırlar. Mənbələrdən biri qeyd edib ki, ABŞ, Avstraliya, Kanada, Yeni Zelandiya və Böyük Britaniyanın elektron kəşfiyyat məlumatlarını mübadiləsini edən "Beş Göz” kəşfiyyat alyansının nümayəndələri Vaşinqtondan bu mövzuda brifinq istəyiblər, "lakin hələlik dolğun cavab almayıblar”.
Politico qeyd edir ki, sızmanın səbəbləri ilə bağlı suallar ABŞ tərəfindən London, Brüssel, Berlin, Dubay və Kiyevdə də verilir. Nəşrin həmsöhbətləri əlavə ediblər ki, bazar ertəsi, aprelin 10-na olan məlumata görə, prezident Co Baydenin administrasiyası müttəfiqlərinə məlumat sızmasının tam miqyasının hələ də bəlli olmadığını və araşdırmanın aparıldığını bildirib.
Qəzet yazır ki, sızma ilə bağlı narahatlıqlar xüsusilə ciddidir, çünki sızdırılan sənədlərin əksəriyyəti Ukraynadakı münaqişə ilə bağlıdır. Amerika kəşfiyyatının keçmiş analitikinin nəşrə dediyi kimi, sızma üsulu və onun məzmunu "çox qeyri-adi”dir. "Sosial mediada yenicə dərc edilmiş bu qədər etibarlı məlumatın bu qədər həcmdə sızma olduğunu xatırlamıram", - o deyib.
Xatırladaq ki, aprelin əvvəlində "The New York Times” sosial şəbəkələrdə Amerika kəşfiyyatının və Pentaqonun 100-dən çox məxfi sənədinin dərc edilməsi barədə məlumat yayıb.
Alpər