Birləşmiş Ştatlar "Taliban” nümayəndələrinə Kabildən çıxarmaq istədikləri ABŞ və Əfqanıstan vətəndaşlarının siyahısını verib.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindəki mənbələrinə istinadən "Politico” nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, bu tədbir insanların çıxarılması prosesini sürətləndirmək məqsədi daşısa da, ordunun narazılığına səbəb olub. Çoxları siyahıda olan Əfqanıstan vətəndaşlarının risk altında olduğunu düşünür.
"Onlar sadəcə, bütün əfqanları edam siyahısına saldılar", - Müdafiə Nazirliyindəki mənbə deyib.
ABŞ Prezidenti Co Bayden cümə axşamı günü keçirdiyi brifinqdə bu cür siyahıların olduğunu təsdiq edə bilməyəcəyini söyləyib. Eyni zamanda o qeyd edib ki, bəzi hallarda hərbçilər vətəndaşların keçidini sürətləndirmək üçün birbaşa "Taliban”la əlaqə saxlayır.
Birləşmiş Ştatlar 2021-ci ilin aprelində Əfqanıstandan qoşunlarını çıxardığını elan edib. Bundan sonra yaraqlılar tədricən ölkənin demək olar ki, bütün ərazisini nəzarətə götürərək avqustun 15-də Kabula döyüşsüz giriblər və yaxın vaxtlarda yeni hökumətin yaradılacağını elan ediblər.
Ordu və diplomatlarla əməkdaşlıq edən xarici vətəndaşların və yerli sakinlərin təxliyəsi Kabul hava limanında davam edir.
Alpər