Müharibə başlayandan Polşaya köç edən 102 min ukraynalı işlə təmin olunub.
Qaynarinfo "Euractiv” saytına istinadən xəbər verir ki, bu barədə Polşanın Ailə, Əmək və Sosial Siyasət naziri
Marlena Maraq məlumat verib.
Polşada mart ayında yeni qəbul edilmiş qanuna əsasən, ölkəyə 24 fevraldan sonra gəlmiş ukraynalılar xüsusi iş icazəsi olmadan işləyə bilərlər.
Nazirlik bildirib ki, 75 faizi qadın olmaqla, 102 mindən çox ukryanalı qaçqın artıq işlə təmin olunub.
"Hər gün daha bir neçə min ukraynalı iş tapır, dolanışıq və ölkəmizdə müstəqil şəkildə yaşamaq şansı əldə edir. Onların çoxu işçi çatışmazlığı olan sahələrdə sıradan işlər görürlər”, deyə nazir Marlena Maraq deyib.
O, həmçinin Polşanın iş bazarında vəziyyətin yaxşı olduğunu və həmişə yeni işçilərə ehtiyyac yarandığını deyib.
Ukraynalı qaçqınlardan 14200 sənaye sahəsi və sənətkarlıqda, 10700 nəfər xidmət sahəsi və satıcılıq, 10000 nəfər isə mühəndis və maşın operatoru işi ilə təmin olunub. Nisbətən az sayda insan isə ofis işçisi, mütəxəssis və texnik işlərinə düzəlib.
İş tapmaqda çətinlik çəkənlər iş və peşəkar təlimat almaq üçün olduqları yerlərdəki məşğulluq orqanlarında qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, müharibə başlayandan Ukraynadan Polşaya 3116000 min insan keçib.
Nurlan