Xəbər lenti

​Polşa AIIB-ə üzv olur
Dünya17:24 10.05.2016

​Polşa AIIB-ə üzv olur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Polşa Mərkəzi və Şərqi Avropada ilk dövlətdir ki, Asiya İnfrastruktur İnvestisiya Bankına (AIIB) üzv olur. “Report” xəbər verir ki, bunu Polşaya səfəri zamanı bu ölkənin prezidenti (Andrzej Duda) ilə görüşən AIIB-in prezidenti (Jin Liqun) deyib.
Polşa KİV-i artıq danışıqların final mərhələsinin baş tutduğunu və rəsmi Varşavanın tamhüququlu üzv olmaq üçün ilkin razılıq əldə edildiyini yazıb. Hələlik Polşanın Bankda hansı iştirak payı və səsvermə hüququna malik olacağı barədə məlumat yoxdur.
Xatırladaq ki, 2015-ci il iyunun 29-da 57 ölkə Pekində AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycanın Bankda iştirak payı isə 0,25% (245,1 mln. dollar) təşkil edir.
Qaynarinfo.az