Xəbər lenti

Polşa əhalisi ukraynalı qaçqınlarla bağlı nə fikirdədir?
Dünya 15:47 11.10.2024

Polşa əhalisi ukraynalı qaçqınlarla bağlı nə fikirdədir?

Son sorğunun nəticələrinə görə, yalnız hər ikinci polşalı ukraynalı qaçqınların öz ölkəsində yerləşdirilməsinin tərəfdarıdır ki, bu da Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından bəri ən aşağı göstəricidir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Euractiv” məlumat yayıb.

Polşa Milli Statistika İdarəsi respondentlərdən Ukraynadan olan qaçqınların qəbulu və hərbi xidmətə çağırıla bilən ukraynalı kişilərin geri qaytarılması ilə bağlı fikirlərini soruşub.

Ölkələrinin ukraynalı qaçqınları qəbul etməli olduğunu düşünən polşalıların sayı 53%-ə düşüb. Bu rəqəm 2022-ci ilin fevralında 94%-ə bərabər olub və 2022-ci il ərzində 80%-dən aşağı enməyib. 

Statistika idarəsi hesab edir ki, 2023-cü ildə müşahidə edilən dəstəyin sürətlə azalması "taxıl böhranı” ilə bağlı ola bilər.

Ukraynalı qaçqınların qəbuluna qarşı olanlar 40% təşkil edir ki, bu rəqəm 2022-ci ilin martında 3% olub. 

Eyni zamanda qeyd olunur ki, kişilər qaçqınları qəbul etməyə daha çox meyillidirlər (60%), nəinki qadınlar (47%).

Bundan əlavə, respondentlərə Polşa hakimiyyət orqanlarının çağırış yaşında olan kişiləri Ukraynaya geri göndərib-göndərməməsi ilə bağlı da sual verilib. Respondentlərin üçdə ikisi (67%) ideyanı dəstəkləyib, 22%-i isə bunun əleyhinə olub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->