Xəbər lenti

Polşa “Şimal axını” qaz kəmərlərində təxribatla bağlı sübutları gizlədib? - WSJ
Dünya16:12 08.01.2024

Polşa “Şimal axını” qaz kəmərlərində təxribatla bağlı sübutları gizlədib? - WSJ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Polşa hakimiyyəti "Şimal axını” və "Şimal axını 2” qaz kəmərlərində təxribatla bağlı sübutları gizlədib və təhqiqata mane olmağa çalışıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” (WSJ) öz mənbələrinə istinadən yazır https://www.wsj.com/world/europe/nord-stream-probe-faces-resistance-from-poland-962aa5f9?mod=world_lead_pos1  
Nəşrin yazdığı kimi, Polşanın müvafiq nazirlikləri və idarələri beynəlxalq təhqiqatla əməkdaşlıqdan hər cür yayınır, həmçinin boru kəmərlərində partlayışların araşdırılması üçün "potensial vacib sübutlar təqdim etməkdən imtina edirlər”. Bundan əlavə, WSJ həmsöhbətlərinin fikrincə, Polşa rəsmiləri tələb olunan məlumatları təqdim etməkdə "çox ləng”dirlər, həmçinin təxribatda iştirakda şübhəli bilinən şəxslərin ölkə daxilində hərəkəti haqqında məlumat verməkdən imtina edirlər.
İstintaqda iştirak edən təhlükəsizlik rəsmilərinin WSJ-yə verdiyi məlumata görə, yuxarıda göstərilən faktlar "Şimal axını” partlayışları işində "respublikanın rolu və motivləri ilə bağlı şübhələrin artmasına” səbəb olur.
Xatırladaq ki, "Şimal axını” və istismara verilməmiş "Şimal axını 2”-də partlayışlar 26 sentyabr 2022-ci ildə baş verib. Danimarka, Almaniya və İsveç insidentlərlə bağlı birgə təhqiqat aparır, Rusiya isə orada iştirak etmir. Noyabrda "The Washington Post” və "Der Spiegel” Ukrayna və Avropa rəsmilərinə istinadən yazıblar ki, qaz kəmərlərinin partlamasını Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələrinin birinin keçmiş komandanı, polkovnik Roman Çervinski koordinasiya edib. O, özü bu məlumatı spekulyasiya adlandırıb.
"The Times” qəzetinin mənbələrinə görə, qaz kəmərlərinin partladılması Ukraynadan olan özəl investor tərəfindən maliyyələşdirilib. Bununla belə, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukrayna hökumətinin bu partlayışlarla heç bir əlaqəsi yoxdur.
Nizami Bağırov