Xəbər lenti

Polşa klubu Azərbaycan millisinin sabiq qapıçısını baxışa çağırdı
İdman16:25 31.01.2022

Polşa klubu Azərbaycan millisinin sabiq qapıçısını baxışa çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq qapıçısı Şahin Zəkiyev Polşanın III liqasında çıxış edən "Sokol" klubuna baxışa yollanıb.
Bu barədə "Report"a Moldovada yaşayan azərbaycanlı futbol agenti Ramil Adıgözəlov məlumat verib. Onun sözlərinə görə, 23 yaşlı qolkiperlə yaxın günlərdə qərar qəbul olunacaq.
Adıgözəlov qapıçı ilə Polşanın I liqasında mübarizə aparan "Zniç" komandasının da yaxından maraqlandığını bildirib: "Bu klubla birbaşa müqavilə də imzalana bilər. Amma "Sokol" Şahini saxlamaq istəsə, digər klubun qərarını gözləməyəcəyik".
Qeyd edək ki, Şahin Zəkiyev "Keşlə" və "Səbail" komandalarının formasını geyinib.