Xəbər lenti

Polşa Qərbdən Ukraynaya yardımı artırmağı tələb etdi
Dünya15:00 12.12.2023

Polşa Qərbdən Ukraynaya yardımı artırmağı tələb etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Polşanın yeni baş naziri Donald Tusk ölkə parlamenti qarşısında çıxışı zamanı bildirib ki, Varşava Ukraynaya yardım göstərməyə davam etməlidir, lakin onun vətəndaşlarını da xatırlamaq lazımdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Rzeczpospolita” məlumat yayıb.
"Rusiyanın Ukraynaya hücumu həqiqətən hamımıza qarşı hücumdur. Biz bu qarşıdurmada Ukraynaya kömək etmək üçün Qərb dünyasının səfərbər olmasını qətiyyətlə və yüksək səslə tələb etməliyik. Mən artıq Ukraynadakı vəziyyətdən yorulmaq barədə nəsə deyən Qərb siyasətçilərinə qulaq asa bilmirəm. Polşanın Ukraynaya yardımı vacibdir, lakin polşalı fermerlərin maraqlarına gəldikdə biz iddialı olmalıyıq”, deyə Tusk bildirib.
Donald Tuskun yeni Polşa hökuməti dekabrın 13-də and içəcək. Polşa Seymi müxalifət koalisiyasının namizədi Donald Tuskun baş nazir postuna namizədliyinə səs verib. Tusk səsvermədə iştirak edən yeganə namizəd olub. Onun lehinə 248 deputat səs verib, 201 deputat buna qarşı çıxıb.
Aydın