Xəbər lenti

Polşa Rusiyanın Ukraynaya raket hücumu səbəbilə qırıcıları havaya qaldırdı
Dünya 12:05 25.12.2024

Polşa Rusiyanın Ukraynaya raket hücumu səbəbilə qırıcıları havaya qaldırdı

Polşa 25 dekabr gecəsi, Rusiyanın Ukraynanın hava məkanına raket zərbələri endirməsindən sonra qırıcı təyyarələri havaya qaldırıb.  

Qaynarinfo xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı məlumat yayıb

Polşa ordusunun bildirdiyinə görə, Rusiyanın raket hücumu nəzərə alınaraq növbəti qırıcı təyyarələr havaya qaldırılıb, "yerüstü hava hücumundan müdafiə vasitələri və radar kəşfiyyat sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib".  

"Bu tədbirlər təhlükə altındakı ərazilərlə (Qərbi Ukrayna) sərhədlərdə təhlükəsizliyi təmin etməyə yönəldilib", – məlumatda deyilir.  

Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı vəziyyəti ''bayram günlərində belə'' izlədiklərini vurğulayıb.  

Məlum olduğu kimi, Milad gecəsi, 25 dekabrda, Rusiya Ukraynaya növbəti raket hücumu həyata keçirib. Partlayışların Xarkovda, Krivoy Roqda, Dneprdə, eləcə də Poltava və İvano-Frankivsk vilayətlərində baş verdiyi bildirilir.  

Hücumun nəticələri hələ ki qiymətləndirilir, lakin Ukrayna hakimiyyəti onun enerji sisteminə yönəldildiyini iddia edir.  

Polşa sonuncu dəfə Ukraynanın raket hücumuna görə aviasiyasını 13 dekabrda havaya qaldırmışdı.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->