Xəbər lenti

Polşa Seymi Rusiyanı “terrorçuluğu dəstəkləyən dövlət” kimi tanıdı
Dünya08:30 15.12.2022

Polşa Seymi Rusiyanı “terrorçuluğu dəstəkləyən dövlət” kimi tanıdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Polşa Seymi (parlamentin aşağı palatası) Rusiyanı "terrorçuluğu dəstəkləyən dövlət” adlandıran qətnamə qəbul edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə RBC yerli "Gazeta Wyborcza” https://wyborcza.pl/7,75398,29264785,pis-przeglosowal-smolensk-w-uchwale-potepiajacej-rosje-jako.html?disableRedirects=true#S.TD-K.C-B.3-L.1.duzy qəzetinə istinadən məlumat yayıb.
Qətnamədə bildirilir ki, Polşa Respublikasının Seymi "Rusiya Federasiyasını terrorizmi dəstəkləyən və terror vasitələrindən istifadə edən dövlət kimi tanıyır”. O, həmçinin qeyd edir ki, Rusiya "insan hüquqlarını, beynəlxalq hüququ, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsini və bir sıra digər öhdəlikləri sistematik şəkildə pozur”, həmçinin "xüsusən enerji sektorunda düşmənçiliklə qarşılanan iqtisadi hərəkətlər edir”.
Bundan əlavə, qətnamədə bildirilir ki, Rusiya 2014-cü ilin iyulunda Malayziya Hava Yollarına məxsus MH17 reysini vuran təyyarənin vurulmasına, həmçinin 2010-cu ilin aprelində Smolensk yaxınlığında 96 nəfərin, o cümlədən Polşa prezidneti Lex Kaçinskinin ölümünə səbəb olan Tu-154 təyyarəsinin qəzaya uğramasına görə "birbaşa məsuliyyət daşıyır”.
Moskva isə dəfələrlə bu faciələrdə öz iştirakını inkar edib.
Alpər