Polşa Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları islamçı terror təşkilatlarının xeyrinə fəaliyyətdə şübhəli bilinən Rusiya Federasiyası vətəndaşını saxlayıblar.
Qaynarinfo
xəbər verir ki, bu barədə RMF FM məlumat yayıb.
Milli Prokurorluq bildirib ki, saxlanılan şəxs Rusiya Federasiyasının Qafqazdan olan vətəndaşıdır.
İstintaqın məlumatına görə, o, Polşaya gəlməzdən əvvəl Suriyada döyüş əməliyyatlarında iştirak edib.
Həmin şəxsin silahlı terror birliklərinə mənsub olduğu iddia edilir – prokurorluq aydınlaşdırır ki, o, əvvəlcə "Cəbhət ən-Nusra” təşkilatında, sonra "Əl-Qaidə”də işləyib və bu yaxınlarda İŞİD-ə, yəni "İslam Dövləti”nə qoşulub.
Artıq Rusiya Federasiyası vətəndaşı beynəlxalq terror təşkilatlarının xeyrinə fəaliyyətdə ittiham olunub. Onu 8 ilə qədər həbs gözləyir.
Saxlanılan şəxs növbəti üç ayı həbsdə keçirəcək. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib, çünki onun üzləşdiyi ağır cəza və qaçmaq qorxusu var.
Dekabr ayında Lyublin məhkəməsi Rusiya, Belarus və Ukraynanın 14 vətəndaşını casus qrupun tərkibində Moskvanın xeyrinə təxribat hazırlamaqda təqsirli bilib. Noyabr ayında 16 müttəhim casusluqda ittiham olunub.
Alpər
Şərhlər