Xəbər lenti

Polşanın baş naziri Mateuş Moravetski Kiyevə gəldi
Dünya08:59 09.09.2022

Polşanın baş naziri Mateuş Moravetski Kiyevə gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Polşanın baş naziri Mateuş Moravetski Kiyevə səfər edib.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə Polşa hökumətinin mətbuat katibi Piotr Müller bildirib.
"Həqiqətən də baş nazir Moravetski Kiyevə gedib. Orada bir sıra görüşlər keçiriləcək. Geosiyasi vəziyyətlə bağlı mühüm məsələlər, xüsusilə enerji bazarı, enerji və hərbi təhlükəsizlik müzakirə olunacaq", - Müller deyib.
Hökumət sözçüsü bildirib ki, səfərlə bağlı məlumat təhlükəsizlik baxımından müəyyən gecikmə ilə ictimaiyyətə açıqlanıb.
Hökumət başçısının səfərindən nə gözlənildiyi ilə bağlı suala sözçü əminliklə deyib ki, onun iştirakı və jesti "Kreml üçün siyasi siqnaldır”.
"Bu siqnal da bu gün göndəriləcək. Biz bu çox çətin vəziyyətdə Ukraynanı dəstəkləyəcəyik. Hesab edirik ki, Rusiya bütün mümkün beynəlxalq standartları pozur. Ukraynanı qorumaq bizim öz təhlükəsizliyimizi qorumaqdır", - hökumət sözçüsü əlavə edib.
Bundan əvvəl Polşa Müdafiə Nazirliyi Rusiya ilə potensial müharibəyə hazırlaşdıqlarını bildirmişdi.