Dünya 22:50 15.03.2023

Polşanın baş naziri “Ukraynanın qələbəsindən” sonra üçün niyyətini açıqladı

Polşanın baş naziri Mateuş Moravetski "Ukraynanın qələbəsindən" sonra ölkənin Mərkəzi Avropa üçün enerji mərkəzi olmaq planlarını açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Polşa hökumətinin başçısı enerji üzrə Polşa-Ukrayna konfransında çıxış edib.

"Polşa Aİ-də fəal şəkildə yeni enerji nizamı qurur və qonşularımızla əlaqələrimiz heç vaxt bu qədər güclü olmayıb. Ukraynanın qələbəsindən sonra regionda bizim tamamilə yeni perspektivlərimiz açılacaq. Bizim planımız enerji mərkəzinə, xüsusən də Mərkəzi Avropa üçün qaz mərkəzinə çevrilməkdir”, – baş nazir bildirib. 
Eyni zamanda, Polşanın baş naziri qeyd edib ki, hazırda ölkə Rusiyadan karbohidrogenlər almır, halbuki 2015-ci ilə qədər tədarüklərin əksəriyyəti Rusiya məhsullarının payına düşürdü. "İki müddət ərzində biz Polşanı Rusiyadan tam müstəqilliyə gətirdik - sıfır rus qazı və sıfır rus nefti",  - Moraveski deyib. 
Baş nazir əlavə edib ki, bilavasitə Polşa-Ukrayna əməkdaşlığı məsələlərində respublika diqqəti ABŞ-la əlaqələrə yönəldəcək. Eyni zamanda, Moravetski qeyd edir ki, nüvə enerjisi gələcəkdə Polşanın enerjisinin əsasına çevriləcək.

Xatırladaq ki, bundan əvvəl Polşa prezidenti Anjey Duda "Şimal axını”nın məhv edilməsini Avropa üçün faydalı adlandırıb. Polşa liderinin sözlərinə görə, Rusiya qazdan Avropada dominantlıq aləti kimi istifadə edib.

Nizami Bağırov