Xəbər lenti

Dünya 12:54 09.03.2024

Polşanın XİN rəhbəri Ukraynadakı NATO qoşunları haqqında: "Bu, ağlasığmaz deyil"

"Qərb silahlı qüvvələrinin Ukraynada olması ağlasığmaz və ya qeyri-mümkün deyil". 

Qaynarinfo xəbər verir ki, bunu "Rzeczpospolita" qəzetinə Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski deyib.

"Fransanın son günlər təşəbbüsünü yüksək qiymətləndirirəm. Çünki fikrimcə, onların yaxşı niyyəti var. Yəni Rusiya prezidenti öz-özünə sual versin ki, bizim növbəti addımımız nə olacaq. İndi o əmindir ki, biz yaradıcı heç nə etməyəcəyik və buna görə də öz ssenarilərini planlaşdıra bilir", deyə XİN rəhbəri bildirib.

Polşa Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Qərbin Ukraynadakı münaqişədə üstünlüyü Rusiyaya yaradıcı və asimmetrik cavablar vermək bacarığıdır.

Bu arada, Polşa prezidenti Anjey Duda bildirib ki, ölkədə NATO qüvvələrini şərq cinahına köçürmək üçün irimiqyaslı nəqliyyat qovşağının bir hissəsi kimi hava limanı tikmək lazımdır:

"Polşanın təhlükəsizliyinə əsaslanaraq, bizimm ən böyük hərbi-nəqliyyat təyyarələrini, çoxlu sayda digər təyyarələri və həm də tez bir zamanda qəbul edə biləcək bir hava limanına ehtiyacımız var".

Polşa prezidenti hesab edir ki, bu layihə Mərkəzi Rabitə Limanı (CPK) vasitəsilə həyata keçirilməlidir. Bu hava limanının bütün ölkədə ən böyük hava limanına çevriləcəyi və onun tikintisinə bir neçə il vaxt ayrılacağı gözlənilir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->