Xəbər lenti

Popular Mechanics: ABŞ bu yeni silahıyla Londondan Moskvanı vura bilər
Dünya09:00 19.05.2021

Popular Mechanics: ABŞ bu yeni silahıyla Londondan Moskvanı vura bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Ordusu önümüzdəki illərdə uzun mənzilli hipersəsli silahlar (LRHW) istehsal edə bilər. Bu silah, qarşıdurma olduğu təqdirdə Rusiyaya Avropadan zərbə endirməyə imkan verəcək. 
Qaynarinfo xəbər verir ki, bu haqda "Popular Mechanics” jurnalı yazıb.
Nəşrdə bildirilir ki, yeni raket səs sürətindən on yeddi dəfə sürətlə məkanı aşıb 2770 km-dən çox məsafədəki hədəfləri vura biləcək. Beləliklə, Avropadan - xüsusilə Londondan - raket şərqdə Moskvaya qədər bütün hədəfləri vura biləcək.
ABŞ-ın Sakit Okeandakı mövqelərindən hipersəsli bu raketlə Cənubi Koreya, Tayvan, Yaponiya, Filippin və Çindəki hədəfləri vura biləcəyi də bildirilir. Məqalə müəllifinin sözlərinə görə, silahlar xüsusi nəqliyyatdan atıla bilərlər.
Jurnal LRHW-ni "silahlı qarşıdurma risklərini azalda bilən" bir maneə olaraq təsnif edir. Raketin sınaqlarının 2023-cü ildə keçirilə biləcəyi bildirilir.
Alpər