Ukrayna prezidenti Pyotr Poroşenko Donbasda münaqişə dövründə 1800 ukraynalı hərbçinin həlak olduğunu bildirib.
Qaynar.info APA-ya istinadən xəbər verir ki, bu barədə Pyotr Poroşenko “İnter” telekanalına müsahibəsində bildirib.
“2014-2015-ci illərdə Ukraynanın müstəqilliyi uğrunda müharibədə 1800-dən çox hərbçimiz həlak olub”, deyə Poroşenko bildirib.