Xəbər lenti

Poroşenko Putinə söz verdi
Dünya14:00 29.08.2014

Poroşenko Putinə söz verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukrayna prezidenti Pyotr Poroşenko tutulan Rusiya hərbçilərini qaytaracağına söz verib. 

Ans press-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Mən Pyotr Alekseyeviç Poroşenko ilə tutulan Rusiya hərbçiləri haqqında müzakirə apardım. O, mənə söz verdi ki, rusiyalı hərbi qulluqçuları geri qaytaracaq, necə ki, biz ukrayna hərbçilərini geri təhvil vermişik və verəcəyik”, deyə Vladimir Putin bildirib.

Putin qeyd edib ki, rusiyalı desantlar azaraq Ukrayna tərəfə keçiblər.

Xatırladaq ki, bu yaxınlarda Ukrayna hərbçiləri Donetsk vilayətində 10 Rusiya desantını tutmuşdu.

Qaynar.info