Xəbər lenti

Poroşenko: "Təhlükə çox böyükdür"
Dünya18:13 05.06.2015

Poroşenko: "Təhlükə çox böyükdür"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukrayna prezidenti Rusiyaya qarşı sanksiyaların saxlanmasına çalışacaqlarını deyib

Ukrayna Krıma nəzarəti bərpa etmək üçün bütün mümkün imkanlardan istifadə edəcək.

ANS PRESS-in məlumatına görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko deyib.

O, Kiyevdə jurnalistlərə bildirib ki, biz Krım və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların saxlanması üçün beynəlxalq tərəfdaşlarımızla əməkdaşlığı davam etdirəcəyik.

Onun sözlərinə görə, Rusiyanın dünyadakı ukraynapərəst koalisiyanı yarmasına imkan verilməmlidir. Rusiyanın Ukraynanı işğal etməsi təhlükəsi hələ çox böyükdür.

Xatırladaq ki, Ukrayna lideri ötən gün ölkə parlamentində çıxışında ordunu Rusiyanın mümkün hərbi müdaxiləsinə hazır olmağa çağırıb.

Qaynar.info