
Portuqaliyada Luza bölgəsində davam edən meşə yanğınlarında 27 nəfər ölüb, 50 nəfər isə yaralanıb.
"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, 145 fərqli yerdə baş verən yanğınlardan 32-sinin ciddi olduğu bildirilir. Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb edilib. Yaralananlar arasında çox sayda yanğınsöndürən də var. Çox sayda insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Yanğın quru və isti hava nəticəsində həm Portuqaliya, həm də İspaniyada başlayıb. İspaniyada isə 3 nəfər dünyasını dəyişib.
Faciənin daha böyük miqyas almasına Ofelia qasırğası təkan verir. Avropanın qərb bölgəsində aktiv olan qasırğa yanğının daha geniş əraziyə yayılmasına səbəb olub.
Qeyd edək ki, Portuqaliyada iyun ayında baş vermiş meşə yanğınları zamanı 64 nəfər ölmüş, 130 nəfər yaralanmışdı.
Gülşən
Qaynarinfo.Az