Aktyor və illüziyaçı Rikki Cey 73 yaşında vəfat edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, yaddaş kartları ilə göstərdiyi fokuslarla məşhurlaşıb. Aktyor "Sabahlar heç vaxt ölməz", "Prestij", "Oğurluq" kimi bir sıra məşhur filmlərdə rol alıb, "Okeanın 13 dostu" və "İllüziyaçı" filmlərində məsləhətçi vəzifəsini icra edib.