Xəbər lenti

Prezident 5047 metr yüksəklikdə - FOTOLAR
Dünya06:37 10.09.2013

Prezident 5047 metr yüksəklikdə - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstan prezidenti Mixail Saakaşvili Böyük Qafqaz dağına ekspediyası çərçivəsində Kazbek zirvəsini fəth edib. Anspress-in Qruzia Online saytına istinadən verdiyi məlumata görə, prezident Facebook səhifəsində 5047 metr hündürlüyə çıxdığını yazıb.

Saakaşvili ilə yanaşı ekspediyada İran və Rusiya vətəndaşları da iştirak ediblər. Saakaşvilinin Kazbek zirvəsinə ekspediyası sentyabrın 2-də başlasa da pis hava şəraitindən yarımçıq dayandırılmışdı.

"Zirvəyə qalxan yolda geri qayıdan bir neçə qrupa rast gəlik. Onlar bizə də qayıtmağı məsləhət görürdülər. Ancaq bu təklif bizim ürəyimizcə olmadı", - deyə Saakaşvili yazıb.

Səlahiyyət müddəti bu ilin oktyabr ayında başa catacaq Gürcüstan prezidenti idmana bağlılığı ilə seçilir.

Bu ilin baharında Türkiyədə velosiped gəzintisinə çıxan Saakaşvili yıxılaraq qolunu üç yerdən sındırmışdı.

Qaynar.info