Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi ilə bağlı sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə Dünya çempionu olması münasibətilə Prezidentin ehtiyat fondundan Federasiyaya 2 milyon manat vəsait ayrılıb.
Maliyyələşmənin təmin olunması Maliyyə Nazirliyinə həvalə edilib. Eyni zamanda, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.
Qeyd edək ki, bu qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən qəbul olunub.
Şərhlər