Xəbər lenti

İdman 12:06 14.12.2023

Prezident milli üzvlərinə matçdan əvvəl nə dedi?

AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov DÇ-2024-ün elit raundunda Rumıniya ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti ilə görüşüb.
 
Qaynarinfo-nun məlumatına görə, AFF prezidenti komandanın üzvlərinə qarşıdakı oyunlarda ugurlar arzulayıb. Millinin baş məşqçisi Vitali Borisov hazırlıqla və oyunçuların durumu ilə bağlı federasiya rəhbərinə məlumat verib. Görüşdə AFF-nin vitse-prezidenti Elşən Abasov, İcraiyyə Komitəsinin üzvü Rövşən Mirzəyev də iştirak ediblər.

DÇ-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan – Rumıniya oyunu dekabrın 15-də, saat 20:00-da keçiriləcək. Bakı İdman Sarayınına giriş sərbəst olacaq.
 
Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?