Luke Johnson
Bir vaxtlar dünya Gülnarə Kərimovanın ayaqlarında idi. Yüksəklərdə uçan pop müğənnisi... Dünyanı gəzib-dolaşan modelyer... Və nəhayət, onu sürətlə İslam Kərimovun postuna hazırlayan diplomatik vəzifələr...
Lakin Kərimovanın ulduzu bu yaxınlarda onun dəbdəbəli həyat tərzinin xaricdə tənqid olunması, BMT elçisi kimi öz ölkəsindəki insan haqları pozuntularından danışa bilməməsi və israrlı korrupsiya ittihamları ilə sönməyə başladı.
Onun ulduzu rəsmən sentyabrın 9-da Özbəkistan Baş Prokurorluğu birfırıldaq işi ilə bağlı “Kərimova G.” kimi təqdim olunan şəxsi təqsirkarqismində elan edəndə söndü. Əksəriyyət inanır ki, “Kərimova G.” hazırdaDaşkənddə ev dustağı olan 42 yaşlı Kərimovanın özüdür.
Aşağıda Gülnarə Kərimovanın son illərdəki tənəzzülünün ən əhəmiyyətli anları qeyd olunub.
2011-ci ilin sentyabrı: dəbdən düşmə
G.Kərimovanın “Guli” geyim moda brendi Nyu-York Moda Həftəsindən“Özbəkistandakı insan haqları pozuntularından dəhşətə gələn təşkilatçı”tərəfindən çıxarılır. Bununla əlaqədar baxış körpüsü üstə keçirilməliolan şou Nyu-Yorkun mərkəzindəki “Cipriani” restoranına köçürülür.
Burada isə artıq 20-dək eitirazçı Özbəkistandakı pambıq yığımındauşaq əməyindən istifadə olunması əleyhinə piket keçirir. Tədbirin özünə200 qonaq gəlsə də “müəllif” bir kənara çəkilir.
Nyu-Yorkda anti-Gülnarə aksiyası
2012-ci ilin iyunu: baş tutmayan müğənnilik
Kərimova dünya auditoriyası üçün pop albomu buraxır. Onun internetsaytında albomun guya “Billboard” jurnalında dərc olunmuş “Ulduzicmalı”na və CNN-ə verilmiş “əla müsahibəyə” linklər var, lakin bulinklərin heç biri işləmir. Nə icmal görünür, nə də müsahibə eşidilir.
2013-cü ilin yanvarında Gülnara Rusiya vətəndaşlığını qəbul etmiş fransız aktyor Jerar Depardye ilə rus dilində mahnı yazdırır.
Depardye və Gülnarə
2013-cü ilin apreli: diplomatik qeybolma
Onun adı gözlənilmədən Özbəkistan Xarici İşlər Nazirliyininsəfirlər siyahısından çıxarılır. Belə başa düşmək olur ki, o, 2008-ciildən bəri tutduğu postdan - Özbəkistanın Cenevrədəki BMT səfirivəzifəsindən uzaqlaşdırılıb. O, vəzifəsindən rəsmən iyul ayında azadedilib.
2013-cü ilin mayı: rüşvət iddiaları
İsveçin təhqiqat jurnalistlərinə sızdırılmış və “Azadlıq” radiosutərəfindən şərh olunmuş materialın Kərimovanın İsveç kommunikasiyanəhəngi “TeliaSonera” ilə əlaqələrinə dair yeni sübut olduğu üzə çıxır.
2013-cü ilin oktyabrı: efirdən kənar
Kərimova tərəfindən nəzarət olunan bir neçə televiziya və radiokanalı yayımı dayandırır. Rəsmilər səbəbin texniki olduğunu bildirirlər.
2013-cü ilin oktyabrı: dondurulmuş hesablar
Kərimovanın adı ilə bağlı olan “Terra” qrupunun bank hesabları maliyyə pozuntuları iddiaları ilə bağlı dondurulur.
2013-cü ilin noyabrı: “boğulan twitlər”
Twitter aludəçisi Kərimova ilk dəfə olaraq Özbəkistanda insanhaqlarının pozulmasından söz açır. Onun göndərdiyi bir neçə twitpostunda iddia edilir ki, cangüdənlərindən biri ölkənin təhlükəsizlikxidmətinin bir nümayəndəsi tərəfindən döyülüb.
Həmin ayın sonlarında onun Twitter hesabı bloklanır, lakin dekabrayında bərpa olunan hesabdan Kərimova öz bacısını tənqid atəşinə tutmaqüçün istifadə edir. Onun bir vaxtlar son dərəcə fəal sosial mediamövcudiyyəti fevral ayında tamamilə yox olur.
Gülnarənin Cenevrədəki sahibsiz villası
2014-cü ilin fevralı: cinayətkar bağlar?
Kərimovanın Daşkənddəki mənzilində axtarış aparılır, onun sevgilisiRüstam Madumarov və iki dostu tutulub saxlanır. Onların hər üçümüstəntiqlər tərəfindən vergidən yayınma və xarici valyutanın qanunsuzsaxlanması ilə bağlı cinayətlərdə ittiham olunurlar.
2014-cü ilinmartı: evdustaqlığı
Kərimovanın yazdığı düşünülən və “Azadlıq” radiosunun özbək xidmətivə BBC tərəfindən əldə olunmuş məktubda o, yazır ki, ev dustağıdır, onudöyür və ağır psixoloji təzyiqlərə məruz qoyurlar. Elə həmin ayKərimovanın adı “TeliaSonera” telekommunikasiya şirkəti ilə əlaqədarrüşvət işində hallandırılır.
2014-cü ilin avqustu: heyrətamiz səs yazısı
BBC Kərimovanın ev dustaqlığında özü ilə pis rəftardanşikayətləndiyi audioyazısını əldə edir. O deyir ki, “özü və qızı iləitdən də pis davranırlar və onların xarici aləmlə heç bir əlaqələriyoxdur”.//azadlıqradiosu.org
Qaynar.info